Afrika ölkəsində 150 nəfər aclıqdan öldü
07 sentyabr 2021 23:27 (UTC +04:00)

Afrika ölkəsində 150 nəfər aclıqdan öldü

Həbəşistanın Tiqray ştatında avqust ayında 150 nəfər aclıqdan ölüb şimalında yerləşən Tiqray ştatında, təxminən 150 nəfər aclıqdan ölüb.

APA BBC-yə istinadən xəbər verir ki, bununla bağlı Tiqrayın Azadlığı Xalq Cəbhəsi  bəyanat yayıb.

Bəyanatda deyilir ki, “Tiqrayda ərzaq ehtiyatları tamamilə tükənib: “Bu ştatın mərkəzi, cənub və şərq hissələrində, eləcə də Şire bölgəsindəki köçkünlər üçün düşərgələrdə aclıqdır”. 
Cəbhə rəsmiləri düşərgələrdə yaşayan insanların heç bir yardım almadıqlarını iddia edib: "İnsanlar yaxın günlərdə çox ehtiyac duyulan yardımı almazlarsa, bir milyon insan aclıqdan ölə bilər". 
Qeyd edək ki, daha əvvəl BMT Tiqray ştatında, təxminən 400 min insanın qida çatışmazlığı şəraitində yaşadığını bildirmişdi.
 

# 1194
avatar

Oxşar yazılar