Sidney hava limanının əməkdaşları Avstraliyaya 40 milyon dollar dəyərində böyük bir kokain partiyasını qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd ediblər.
Lent.az xəbər verir ki, bu barədə Avstraliya Federal Polisi (AFP) məlumat yayıb.
Sidneydə iri narkotik karteli ilə əlaqədə şübhəli bilinən cinayətkar birliyin beş üzvü saxlanılıb. Cinayətkarlar oktyabrın 7-də Cənubi Afrikadan gələn kokain yükünü qəbul edərkən ifşa ediliblər; şübhəlilərdən hər biri 20 kq olan 5 kisə kokain götürülüb, narkotik maddə sərnişin təyyarəsinin baqaj hissəsində gizlədilib.