ABŞ Ukraynaya yeni hərbi yardım ayırarkən ölkənin mümkün əks-hücumun başlaması üçün lazım olan hər şeylə təmin olunacağına zəmanət verəcək.
Lent.az-ın Ağ Evin saytına istinadən verdiyi məlumata görə, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi brifinq zamanı bildirib.
"Biz əmin olmaq istəyirik ki, Ukrayna hücuma keçməyə qərar verərsə uğur qazanacaq".
Bundan əlavə, rəsminin sözlərinə görə, yeni hərbi yardım paketlərinə əvvəllər Ukraynaya verilmiş silah, texnika və sursat növləri də daxil olacaq.