ABŞ-ın Nyu-Hempşir ştatında Vaşinqton dağının zirvəsində havanın temperaturu bu həftənin sonunda mənfi 42 dərəcəyə enib.
Lent.az-ın xarici mediayaistinadla məlumatına görə, amerikalı meteoroloqlar və klimatoloqlar hesab edirlər ki, bu, ehtimal ki, ABŞ tarixində qeydə alınan ən aşağı temperaturdur.
Qeyri-kommersiya təşkilatı olan Mount Washington Rəsədxanası tərəfindən qeydə alınan video görüntülər Arktika hava partlayışından saatda 100 mildən çox güclü küləklərin əsdiyini göstərib. NASA-nın məlumatına görə, bu, Marsdakı hava şəraitinə bənzəyir.
Ötən həftənin cümə günü 1963-cü ildə müəyyən edilmiş temperatur rekordu qırılıb.
Meteoroloqlar xəbərdarlıq ediblər ki, belə güclü küləyin bir dəqiqədən az müddət ərzində açıq qalan dərinin donmasına səbəb olacaq.
Meteoroloqlar və ekspertlər ölkə üzrə rekord soyuqdan heyrətlənirlər.