ABŞ tarixində bir ilk - İngilis dili rəsmi dil oldu
02 mart 2025 05:35 (UTC +04:00)

ABŞ tarixində bir ilk - İngilis dili rəsmi dil oldu

ABŞ-nin müstəqilliyini elan etməsindən təxminən 250 il sonra ingilis dili ölkədə rəsmi dil olaraq qəbul edilib.

APA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, seçki kampaniyası zamanı o, ingilis dilini bilməyən immiqrantların ABŞ-nin təhsil sisteminə hədsiz dərəcədə zərər verdiyini demişdi.

Yeni fərman ingilis dili ilə bağlı məhdud biliyə malik insanların dövlət xidmətlərinə qəbulunun qarşısını alacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar