Amerikanın kəşfiyyat təyyarəsi “Bombardier Challenger 650 Artemis” Moldova və Rumıniya sərhədi üzərində səmada aşkar edilib.
Lent.az-ın “RenTV” telekanalına istinadən verdiyi xəbərə görə, belə bir məlumatı “Ukraina.ru” yayıb. Onun sözlərinə görə, təyyarə şənbə günü, fevralın 25-də görünüb.
Təyyarə Dnestryanı ətrafındakı hərbi fəaliyyəti izləyib.
Nəşr həmçinin “Flightradar” xəritəsinin skrinşotunu nümayiş etdirib. Şəkildə görünür ki, Amerika təyyarəsi Rumıniyanın Suçava və Konstansa şəhərləri arasında bir neçə reyd keçirib.
Qeyd edək ki, müşahidə edilən gəmi ABŞ Hərbi Hava Qüvvələrinin yeni nəsil kəşfiyyat təyyarəsinə məxsusdur.