Fələstinin “HƏMAS” qruplaşmasının İsrailə hücumundan cəmi bir neçə həftə əvvəl ABŞ hakimiyyət orqanlarının İrana köçürdüyü milyardlarla dollarlar barədə məlumat ortaya çıxıb.
Lent.az bildirir ki, bu barədə “Law Officer” portalı senator Marşa Blekbernə istinadən xəbər verir.
Onun məlumatına görə, Amerika lideri Co Bayden administrasiyası İrana 6 milyard dollar köçürüb. Eyni zamanda, senator ABŞ-ın “Yaxın Şərqdə ən güclü müttəfiq” kimi İsrailə dəstəyini davam etdirməli olduğu fikrini bildirib.
Nümayəndələr Palatasının bir sıra üzvü Baydeni bu cür xərclərə görə tənqid edib. Bu arada ABŞ maliyyə nazirinin müavini Brayan Nelson iddia edir ki, bu milyardlar guya yalnız ehtiyatda saxlanılır və yalnız humanitar məqsədlər üçündür.