Alyaska sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 4,4 min insanın yaşadığı Unalaska şəhərindən 336 km cənub-qərbdə yerləşib.
Sunami təhlükəsi barədə məlumat verilməyib.