Vaşinqton Kiyevə 2,5 milyard dollarlıq yeni hərbi dəstək paketi verəcək.
Lent.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Qeyd olunur ki, bu vəsait “Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını təmin etmək” üçün istifadə olunacaq.
"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizliyini və müdafiə ehtiyaclarını təmin etmək üçün hərbi yardım ayırdığını elan edir. Bu ayırma 2,5 milyard dollar həcmində qiymətləndirilir", - deyə Pentaqonun bəyanatında deyilir.