Xalq artistinə “yox”, 14 milyardlıq brilyant, adama 11 alma... – SƏBUHİ MƏMMƏDLİ YAZIR
12 iyun 2020 14:45 (UTC +04:00)

Xalq artistinə “yox”, 14 milyardlıq brilyant, adama 11 alma... – SƏBUHİ MƏMMƏDLİ YAZIR

...Bir gün Azərbaycanın tanınmış müğənnilərindən biri, özü də xalq artisti ABŞ-a viza almaq üçün bu ölkənin Bakıdakı səfirliyinə gəlir. Sənədlərini təqdim etmək üçün növbəyə durur. Nəhayət, növbəsi çatır. Sənədləri təqdim edəndə səfirlik əməkdaşı ona belə bir sual verir:

 

 - Amerikaya nə üçün getmək istəyirsiniz?

 

- Nyu-Yorku görmək ən böyük arzumdur.

 

Ona belə bir cavab verilir:

 

- Nyu-Yorku görmək hamının arzusudur...

 

Xalq artistinə viza verilmir; amma tamam başqa səbəb görə. Mən bilmirəm, xalq artistimiz sonradan Nyu-Yorku görmək arzusuna çatdı, ya yox. Amma təkcə onun yox, bu gün dünyada milyonlarla insanın arzusudur ABŞ-ın bu şəhərini görmək. Hə, amerikalılar özlərinin də “xəyallar şəhəri” adlandırdıqları Nyu-Yorku. Bu gün nahaq yerə bu şəhərdən söz açmadıq. Təbii, səbəbsiz deyil. Sonda qeyd edəcəyik. Amma hələlik isə...

 

***

 

Nyu-York əvvəllər Yeni Amsterdam adlanıb, sonra İngiltərə kralı II Çarlzın qardaşı York hersoqunun şərəfinə Nyu-Yorka, yəni Yeni Yorka dəyişdirilib.

 

Nyu-York dedikdə, hər kəsin ağlına ilk əvvəl Amerikanın rəmzi olan Azadlıq Heykəli gəlir. Heykəlin tam adı “Dünyaya işıq saçan azadlıq”dır. Onun hündürlüyü 46 metrdir. 1886-cı ildə Fransadan müstəqillik deklarasiyasının qəbul edildiyi günə hədiyyə olaraq gətirilib. Özü də necə? Yüzlərlə qutuya qablaşdırılaraq. Heykəl, necə deyərlər, yerində yığılıb.

 

Nyu-Yorkda 800 dildə danışılır ki, şəhər bu göstərici ilə dünyada ən böyük dil müxtəlifliyinə sahibdir. Bu şəhərdə ABŞ-dan kənarda doğulan 3,2 milyondan çox insan yaşayır.

 

Şəhərin Mərkəzi Parkının ərazisi Monako knyazlığının ərazisindən böyükdür.

Nyu-York metropoliteninin isə 468 stansiyası var. Və hər gün 8 milyon nəfər metronun xidmətindən istifadə edir.

 

Və ən maraqlısı; düz 50 ildir ki, bu şəhərdə bir dilim pizzanın qiyməti metroda bir gedişin qiymətinə bərabərdir. Hazırda bu rəqəm 2,7 dollar təşkil edir.

 

Dünyada qızıl külçələrinin 25 faizi “Wall Street”dəki anbarlarda saxlanılır.

 

Yeri gəlmişkən, hər bir 21-ci Nyu-Yorklu milyonçudur. Nyu-York ən çox milyarderin yaşadığı şəhərdir: 84 nəfər. Onların varidatının həcmi 470 milyard dollara yaxındır.

 

Əgər Nyu-York ayrıca ölkə olsaydı, iqtisadiyyatın həcminə görə dünya reytinqində Kanada və Cənubi Koreyanın arasında yerləşərdi.

 

2019-cu ildə Nyu-York ştatının Ümumi Daxili Məhsulu 1,5 trilyon doları keçib. 2035-ci ildə isə təkcə Nyu-York şəhərinin ÜDM-i 2,5 trilyon dollardan artıq olacaq.

 

2018-ci ildə bütün ABŞ-da işsizlik artsa da, Nyu-York bu tendensiyanın əksinə hərəkət edib. 2018-in sonunda şəhərdə işsizlik səviyyəsi 4 faizə enib ki, bu da Nyu-Yorkun tarixində ən aşağı göstəricidir.

 

Şəhər təkcə öz birjasına görə deyil, alması ilə də məşhurdur. Nyu-York ştatında o qədər alma yetişdirilir ki, onu ABŞ əhalisinə paylasan, adama 11 alma düşər.

Nyu-York alma istehsalına görə ABŞ birincisi deyil, pendir, smetan və yoqurt istehsalı üzrə ölkə lideridir.

 

Şəhər brilyant ixracı üzrə isə dünya lideridir. Təkcə ötən il Nyu-York 13 milyard dollarlıq brilyant ixrac edib.

 

Amerikalılarda milli mətbəx anlayışı yoxdur. Nyu-Yorkda Amerikanın digər şəhərlərində olduğu kimi, başqa xalqların restoranları var. İtalyan pitsası onların ən sevdiyi yeməkdi. İçkilərə gəlincə, “Coca-cola” və qəhvəsiz amerikalıların həyatını təsəvvür etmək mümkün deyil. Qeyd etdiyimiz kimi, Amerika xalqı xüsusi mətbəxlə fərqlənmir. Bu səbəbdən də burada italyan, Çin, rus, türk, Braziliya, Meksika, hind, hətta Azərbaycan restoranlarına rast gələ bilərsiniz.

 

Bu şəhərdə taksi sürmək üçün lisenziyanın (medalyon) qiyməti 1 milyon dollar təşkil edir. Bu şəhərdə törədilən cinayətlərin  bir hissəsi də məhz taksilərdə baş verir.

 

Bir maraqlı fakt; Nyu-York yaranandan təkcə 2012-ci il noyabrın 28-də bu şəhərdə nə bir qətl hadisəsi olub, nə oğurluq, nə də qarət...

 

Şəhərdə Azərbaycanın diplomatik nümayəndəliyi olmasa da, (həm səfirlik, həm də konsulluğumuz Vaşinqtonda yerləşir) amma Nyu-York şəhərinin Bruklin səmtində “Azərbaycan Evi” fəaliyyət göstərir. Bu məkan Nyu-Yorkda yaşayan azərbaycanlıların üz tutduğu yerlərdəndi.

 Belə bir deyim var ki, Nyu-Yorkda yaşamağı bacaran adam dünyanın hər yerində yaşaya bilər. Bunun üçün fədakar olmaq, işləməkdən qorxmamaq, irəli getməyi sevmək lazımdır. Azərbaycanlılar isə bunu bacarır...

 Hə, yuxarıda dedik, axı nədən Nyu-Yorkdan bəhs etdik. Bu gün şəhərin, necə deyərlər, ad günüdür. Yeni Amsterdam adını Nyu-Yorka çevrildiyi gün...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182671
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35