Türkiyədə koronavirus təhlükəsi ilə əlaqədar olaraq ictimai nəqliyyatdan istifadə etmək məcburiyyətində qalan sərnişinlər iki adamlıq oturacaqlarda tək-tək oturur.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərnişinlərin kütləvi şəkildə avtobuslara minməsinin qarşısı alınır, bu məqsədlə monitorinqlər aparılır.
Qaziantep şəhərində keçirlən bu cür monitorinqdə digər sərnişinin yanında oturan şəxs avtobsdan endirilib. Sərnişinin kartla ödənişi həyata keçirməsinə baxmayaraq onun digər sərnişinlə yanaşı getməsinə icazə verilməyib.
Qeyd edək ki, Türkiyə Daxili İşlər Nazirliyi koronavirusla mübarizə tədbirləri çərçivəsində ölkənin bütün şəhərlərarası və şəhərdaxili marşrut xətlərində sərnişin tutumunun yalnız 50 faizindən istifadə olunması ilə bağlı qərar qəbul edib. Məqsəd sərnişinlərin bir-biri ilə təmasınının qarşısını almaqdır.