Rusiyada yaşlı insanların küçəyə çıxması qadağan edildi
23 mart 2020 19:18 (UTC +04:00)

Rusiyada yaşlı insanların küçəyə çıxması qadağan edildi

Rusiyada yeni növ koronavirusa yoluxanların sayı 438-ə çatıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni növ koronovirusla bağlı ölkədəki vəziyyəti dəyərləndirən Rusiyanın baş naziri  Mixail Mişustin  vəziyyətin nəzarət altında olduğunu, digər ölkələr qədər ağır olmadığını açıqlayıb. Xəstəliyə yoluxanlardan bu günə kimi 17-nin sağaldığını deyən baş nazir ölkənin 65-dən yuxarı yaşda olan əhalisinin küçəyə çıxmasına qadağa qoyulduğunu da vurğulayıb.

Onun sözlərinə yaşı 65 və daha çox olanlar, eyni zamanda xroniki xəstəliyi olanlara küçəyə çıxmaq qadağan olunur. Baş nazir qadağaların martın 26-dan aprelin 14-nə kimi qüvvədə olacağını açıqlayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 730
avatar

Aygün İbrahimli

Oxşar yazılar