Rusiya Aerokosmik Qüvvələrinə məxsus “Mi-8” hərbi helikopteri Moskva yaxınlığındakı Klin yaşayış məntəqəsindən 20 kilometr aralıqda sərt eniş etməsi nəticəsində ekipaj üzvləri aldığı xəsarətlərdən ölüb.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə çərşənbə axşamı saat 20:00-da baş verib. Döyüş sursatı olmadan uçuş həyata keçirən helikopterdə olan 3 nəfərin öldüyü bildirilib.
Hərbi Hava Qüvvələrinin Ali Komandanlığı hadisə yerinə gəlib.
İlkin məlumata görə, hadisəyə səbəbi texniki nasazlıq olub.