Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 50 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda 35605 şübhəli koronavirus testindən keçib, onlardan 1546-nın cavabı pozitiv çıxıb.
Türkiyədə yeni növ koronavirusdan indiyədək 3739 nəfər ölüb, 137115 nəfər bu infeksiyaya yoluxub, 89480 nəfəri isə müalicə olunub.
Bu gün 3084 xəstə evə buraxılıb.