Gəncədə 8 nəfər  yas mərasimində zəhərləndi
12 iyul 2026 19:15 (UTC +04:00)

Gəncədə 8 nəfər yas mərasimində zəhərləndi

1

Gəncədə kütləvi zəhərlənmə olub.

Hadisə şəhərin Atatürk prospektində yas mərasimində baş verib.

Belə ki, yas yerində 8 nəfər yedikləri yeməkdən sonra özlərini pis hiss ediblər. Dərhal həmin şəxslər zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Onlara yardım edilib, hazırda vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə zəhərlənənlərin arasında azyaşlılarda var. Hadisə ilə bağlı araşdırma aparılır. /APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 320

Oxşar yazılar