Rusiya Prezidenti Vladimir Putin ölkə müsəlmanlarına müraciət edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Rusiya müsəlmanlarından Ramazan bayramını evdə qeyd etmələrini xahiş edib.
“Dağıstan Respublikasında bu bayrama necə münasibətin olduğunu, adətlərin necə qorunduğunu bilirəm. Ruhanilər dindarları, islam dininin ardıcıllarını bu bayramı evdə qeyd etməyə, kollektiv dualardan və dostlarla böyük məclis ənənəsindən imtina etməyə çağırır. Ümid edirəm ki, bunu hamı eşidəcək”, - dövlət başçısı Dağıstan rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə virtual görüşündə qeyd edib.