Pakistanın Sukkur şəhərində sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində 18 nəfər ölüb, 55 isə yaralanıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sukkur bölgəsinin komissar köməkçisi Rana Adel ağır yaralıların həddindən artıq çox olduğunu və ölənlərin sayının arta biləcəyini açıqlayıb.
Toqquşma nəticəsində avtobus ikiyə bölünüb. Ölənlərin hamısı avtobusun sərnişinləridir.