Amerikanın Nyu-York şəhərindəki məşhur Mərkəzi Parkda (Sentral park) yeni növ koronavirusun yayılması ilə əlaqədar ilk yardım xəstəxanası qurulub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın adı çəkilən şəhəri koronavirus epidemiyasının mərkəzi hesab olunur.
Nyu-York şəhərinin meri Andrey Cuomo keçirdiyi mətbuat konfransında əyalətdə koronavirusa yoluxma sayının 66 min 497-yə çatdığını, şəhərdə virusdan ölənlərin isə 1218 nəfər olduğunu açıqlayıb.
9 min 517 nəfərin xəstəxanada müalicə olunduğunu, 2 min 352 xəstənin isə reanimasiyada olduğunu deyib.
Onun sözlərinə görə, Mərkəzi Parkda koronavirusla mübarizə üçün xəstəxananın açılması xəstəxanaların virusa yoluxanların qəbul edilməsi sayını artırmaq məqsədi daşıyır.