Nefti parçalayan bakteriyalar aşkarlandı
20 aprel 2020 18:25 (UTC +04:00)

Nefti parçalayan bakteriyalar aşkarlandı

Rusiya Təbii Sərvətlər və Ekologiya Nazirliyinin yaydığı məlumata görə, Rusiya alimləri Arktikada qruntları neft məhsullarından təmizləmək üçün yeni maddənin əsasını təşkil edəcək bakteriyalar aşkarlayıblar.

Lent.az xəbər verir ki,  “Rosneft” şirkəti və Arxangelsk vilayətində yerləşən “Rus Arktikası” Milli Parkının  mütəxəssisləri “Təmiz Arktika” adlı birgə kompleks layihə çərçivəsində yeni bakteriyalar aşkar ediblər. Bakteriayaların unikal xüsusiyyəti ondan ibarətdir ki, onlar neft məhsullarını kiçik temperatur şəraitində (2-6 dərəcə) parçalaya bilirlər.

Alimlər bu mikroorqanizmləri Aleksandra Torpağı adasında çirklənmiş torpaq nümunələrinin yığımı zamanı tapıb. Həmin ərazidə qrunt suları neft məhsullarının “miqrasiya qurşaqları”nı formalaşdırıb. Bu neft məhsulları dənizə axıb gedir.

Layihənin rəhbəri Dmitri Kryukov qeyd edib ki, neft çirklənmələrinin miqyası olduqca geniş ola bilər, torpaqların özünü təmizləmə prosesi isə uzun çəkir. Buna görə də hazırda alimlərin Frans-İosif Torpağı arxipelağında tədqiq etdikləri torpaqların rekultivasiyasına aid biotexnoloji üsullar olduqca mühüm rola malikdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3043
avatar

Aygün İbrahimli

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35