Əfsanəvi boksçu Mayk Taysonun məşqçisi Nelson Cuevas koronavirusa yoluxub və bu səbəbdən dünyasını dəyişib.
Lent.az xəbər verir ki, M.Tayson 80 yaşlı məşqçisi ilə bağlı duyğulu bir açıqlama verib: “Boks dünyasının ən yaxşı insanlarından birini itirdik. İlk həvəskar döyüşlərimi xatırlayıram. Hər zaman bizi çox qoruyurdu. Uşaq olanda gözəl bir döyüşümüz olanda çox həyəcanlanardıq. Çünki məşqçimiz bizə qazlı şirin su və sosiskalı bir şey alırdı. Pulumuz olmadığını yaxşı bilirdi”.
Məşqçisini çox sevdiyini və hörmət etdiyini deyən məşhur boksçu “həvəskar kariyeramda onun yanında olmaq həyatımın ən gözəl günləri idi. Rahat yat. Bir dövr başa çatdı”, - qeyd edib.