Çinin Siçuan əyalətinin paytaxtı Çenqu şəhərində koronavirusa görə müalicəsi başa çatan bir xəstədə yeni növ koronavirus (Kovid-19) tapılıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həkimlər həmin xəstənin müalicədən sonra evində karantində olduğunu açıqlayıb.
Xəstə yenidən müalicə üçün xəstəxanya aparılıb.
Həkimlər koronavirusdan müalicə olunan bir neçə insanda virusun yeni tipinin ortaya çıxdığını açıqlayıb.
Həkimlər onu da vurğulayıb ki, müalicəsi başa çatanlar bir müddət virus daşıyıcısı ola bilər.
Qeyd edək ki, Çində ortaya çıxan koronavirusa görə bütün dünyada 2247 nəfər dünyasını dəyişib.
Ölənlərdən 2238-i Çinin payına düşür.