Çinin Uhan şəhərində ortaya çıxan yeni növ koronavirusla mübarizədə 2 min illik ənənəvi müalicə üsulları da sınanır.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Uhanın bir neçə xəstəxanasında virusun müalicəsində milli Çin təbabəti də sınaqdan keçirilir.
Çinin Səhiyyə Komssiyası elan edib ki, Qərb təbabəti ilə Çinin milli təbabətindən birlikdə istifadə virusun müalicəsində müsbət effekt verib.
Qeyd edək ki, ilk dəfə Çinin Uhan şəhərində ortaya çıxan koronavirusa yoluxma səbəbindən artıq 1771 nəfər dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 71-mini ötüb.