"Apple" şirkəti koronavirus pandemiyası ilə əlaqədar Çin istisna olmaqla digər ölkələrdəki bütün mağazalarını bağlayır.
APA-nın xəbərinə görə, bu barədə icraçı dirketor Tim Kukun "Apple" şirkətinin saytında müraciəti dərc olunub.
Tim Kuk bildirib ki, koronavirus pandemiyası ilə mübarizə məqsədilə şirkət Çin istisna olmaqla digər ölklərdəki pərakəndə satış mağazalarını martın 27-dək bağlayacaq.
İcraçı direktorun müraciətində qeyd olunur ki, virusun ötürülmə riskini minimuma endirməyin ən təsirli yolu sıxlığı azaltmaq və sosial məsafəni maksimuma çatdırmaqdır. Tim Kuk işçilərin evdən öz işlərinə davam edə biləcəyini bildirib.
Kuk bağlanan mağazalardakı bütün işçilərin normal maaş almağa davam edəcəyini vurğulayıb.
Qeyd edək ki, şirkət daha öncə virusun sürətlə yayılması ilə əlaqədar İtaliya və İspaniyadakı mağazalarını bağlamışdı.