Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif etdi
07 oktyabr 2020 08:12 (UTC +04:00)

Jirinovski səs verməyə 16 yaşından icazə verilməsini təklif etdi

0

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski seçkilərdə iştirak üçün yaş məhdudiyyətinin 16 yaşa endirilməsi təklifi ilə çıxış edib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Jirinovski dövlət başçısının Dumada fraksiya liderləri ilə görüş zamanı prezident Vladimir Putinə müvafiq təklifi verib.

Partiya lideri təklifini indi gənclərin fərqli olması ilə izah edib: “Gənclərin çoxu 16 yaşında onsuz da bəzən valideynlərindən daha çox qazanır, lakin bu vətəndaşlara səsvermə hüququ verilmir”.

Siyasətçi əlavə edib ki, 80-90 yaşlarında nənə və ya baba pis düşünsə də, səs vermək hüququ var: "Səsvermədə yaşlı insanlara deyirlər ki, buranı “işarə”lə, onlar da “işarələyir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 649

Oxşar yazılar