İspaniyanın baş nazirinin köməkçisi Carmen Calvo tənəffüs yolları infeksiyası səbəbilə xəstəxanaya yerləşdirilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazirin köməkçisi koronavirusa görə müayinə olunacaq.
Qeyd edək ki, hazırda İspaniyada koronavirusdan ölənlərin sayı son 24 saatda 1720-dən 2182-yə yüksəlib. Yeni növ virusa yoluxanların sayı isə 33 min 89-dur.