İran prezidentinin köməkçisi Masumə İbtikar yeni növ koronavirusa yoluxduğunu açıqlayıb.
Lent.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, İran parlamentinin Milli təhlükəsizlik məsələləri üzrə komitəsinin rəhbəri Mojtaba Zonnur, parlamentin digər deputatı Mahmud Sadeki və İran Səhiyyə nazirinin müavini İrəc Hərirçi də koronavirusa yoluxub.
İranda koronavirusa yoluxanların sayı 245, ölənlərin sayı 26-dır.