Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirildi
05 avqust 2020 13:28 (UTC +04:00)

Haaqadakı Xocalı abidəsinin yeri dəyişdirildi

Niderland Krallığının Haaqa şəhərinin "Nieuw Eykenduynen" ( "Yeni İkendinen") məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin yeri dəyişdirilib və ətrafı abadlaşdırılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, bu abidə 2007-ci ildə Holland-Azərbaycan Türk Kültür Dərnəyinin təşəbbüsü, azərbaycanlı və türk toplumunun maliyyə dəstəyi ilə ucaldılıb. Haaqada yaşayan soydaşlarımız hər il fevralın 26-da bu abidənin önünə toplaşırlar. Onlar ermənilər tərəfindən soyqırıma məruz qalmış Xocalı qurbanlarının xatirəsini yad edir, Xocalı həqiqətlərini yerli və dünya ictimaiyyətinin nəzərinə çatdırırlar.

Abidənin ucaldılmasının təşəbbüskarı olan Holland-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirib ki, çoxsaylı ziyarətçilərin eyni anda bu məkanda toplaşmasının qeyri-mümkün olduğunu nəzərə alan Holland-Azərbaycan Türk Kültür Dərnəyi abidənin bu məzarlıqda daha münasib yerə köçürülməsinə dair Haaqa şəhər bələdiyyəsi ilə danışıqlar aparıb. Razılıq əldə olunduqdan sonra abidə daha geniş əraziyə, insanların kütləvi hərəkət etdiyi yerə köçürülüb və ətrafı abadlaşdırılıb.

Abidənin yaxınlığındakı lövhənin üzərində Azərbaycan və Niderland dillərində Xocalı soyqırımı barədə qısa məlumat yerləşdirilib. İndi burada daha çox ziyarətçinin toplanması və anım tədbirlərinin daha yaxşı keçirilməsi üçün şərait yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2156

Oxşar yazılar

Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27
Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

Suveydada silahlı toqquşmalar tamamilə dayandırıldı

20 iyul 2025 , 01:41