Ermənistanda yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlandığı uşaqların sayı açıqlanıb.
APA-nın “Armenpress”ə istinadən verdiyi xəbərə görə, iyulun 17-nə olan məlumata əsasən, Ermənistanda 2 230 uşaqda COVID-19 aşkarlanıb.
Virusun aşkarlandığı uşaqlardan ən balacası 28 günlük körpədir.
1 134 uşağın vəziyyəti yüngül və orta qiymətləndirilir. Uşaqlardan birinin vəziyyəti son dərəcə ağır, 12 uşağın vəziyyəti isə ağırdır.
COVID-19-un aşkarlandığı uşaqlardan 1 231 nəfəri oğlan, 999 nəfəri qızdır.
Xəstəlik aşkarlanan uşaqlardan 1 665 nəfəri sağalıb.
Xatırladaq ki, Ermənistanda indiyədək 36 613 COVID-19-a yoluxub, 692 nəfər ölüb.