Çəyitkələr Səudiyyə Ərəbistanına hücum etdi
21 fevral 2020 19:58 (UTC +04:00)

Çəyitkələr Səudiyyə Ərəbistanına hücum etdi

Səudiyyə Ərəbistanı çoxsaylı çəyirtkələrin hücumuna məruz qalıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çəyirtkələrin ölkəyə Şərqi Afrikadan gəldiyi açıqlanıb.

Səudiyyə Ərəbistanı Ətraf Mühit  və Su Nazirliyinin rəsmiləri tərəfindən qonşu ölkələrdən - Efiopiya, Somali, Yəmən, Oman və Hindistandan gələn çəyirtkələrlə bağlı xəbərdarlıq olunub.

Çəyirtkələrin zərərsiz olduğu bildirilsə də, qırmızı rəngdə olanları diqqətdə saxlamaq tapşırılıb.

Nazirlik ölkəni çəyirtkələrdən təmizləmək üçün dərmanlama işləri aparılacağını da açıqlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2027
avatar

Aygün İbrahimli

Oxşar yazılar