Çəyirtkələr dünyaya “hücuma” keçib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrikadan əsən güclü küləklə birlikdə havaya qalxan çəyirtkə sürüsü Keniya, Efiyopiya, Somali, Səudiyyə Ərəbistanını basıb.
Çəyirtkələr o qədər çoxdur ki, keçdikləri ərazilərdə sanki gündüzü gecəyə çeviriblər. Əkin sahələrini məhv edərək irəliləyən çəyirtkə sürüsü hazırda koronavirusla mübarizə aparan Çinə doğru uçur.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı xəbərdarlıq edib ki, bir il ərzində vəziyyət nəzarət altına alınmasa, "çəyirtkə vəbası" baş verə bilər.