Çində daha bir təhlükəli virus peyda oldu – HANTAVİRUS
24 mart 2020 16:30 (UTC +04:00)

Çində daha bir təhlükəli virus peyda oldu – HANTAVİRUS

Dünya yeni növ koronavirus ilə mübarizə apardığı bir vaxtda Çində daha bir öldürücü virus - hantavirus ortaya çıxıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çində bu virus səbəbindən bir insanın ölməsi təşvişə səbəb olub.

Belə ki, Çinin Yunnan əyalətində avtobusda ölən bir nəfər test olunub və onun hantavirusa yoluxduğu məlum olub. Həmin avtobusda olan 31 sərnişinin hamısı müayinə olunub.

Bəs hantavirus nədir və ilk dəfə harada ortaya çıxıb?

Siçanlardan və ya siçan nəcisi, tüpürcəyi ilə insanlara yoluxan hantaviruslar “Hantavirus Ağciyər Sindiromu” (HPS) adı verilən xəstəliyə yol açır. Bu virus insandan insana yoluxmadığı üçün epidemiya təhlükəsi yaratmır.

Virus adını ilk dəfə ortaya çıxdığı Cənubi Koreydakı Hantaan çayından alıb. Virusun inkişafı yüksək temperatur və qanaxma ilə müşayiət olunur.

Yorğunluq, əzələlərdə ağrı, burunda qanama kimi əlamətlərlə özünü göstərən virus təzyiq, ağciyər iltihabı, böyrək çatışmazlığı kimi nəticələrə səbəb olaraq ölümə yol aça bilir.  

Qeyd edək ki, ötən il Argentinada bu virusdan 9 nəfər ölüb. 2013-2018-ci illərdə isə Cənubi Amerikanın bu ölkəsində hantavirusdan 111 nəfər dünyasını dəyişib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Aygün İbrahimli

Oxşar yazılar