Azərbaycanlı tələbələr Türkiyədə Xocalı soyqırımını belə andılar - FOTOLENT
27 fevral 2020 11:25 (UTC +04:00)

Azərbaycanlı tələbələr Türkiyədə Xocalı soyqırımını belə andılar - FOTOLENT

Türkiyənin Antalya şəhərində Antalya Azərbaycan Mədəniyyət Dərnəyinin təşəbbüsü ilə Anadolu Liseyində Xocalı soyqırımına həsr olunan anım tədbiri keçirilib.

Lent.az xəbər verir ki, tədbirdə dərnəyin sədr müavini və tədbirin təşkilatçısı Ceyran Səttarova, Ağdəniz Universitetinin azərbaycanlı tələbəsi Səbuhi Məmmədli, universitetin doktorantı Seymur Bəşirzadə, həmçinin azərbaycanlı yazar Aysel Atəş Abdullazadə çıxış ediblər. Tədbir, liseyin müdiri Hasan Akının çıxışı ilə başlayıb, sonra isə Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib. Daha sonra Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

Xocalıya qədərki Azərbaycan və Türkiyə torpaqları haqqında Seymur Bəşirzadə danışıb. Xocalı soyqırımı, erməni vəhşiliyi və insanların bu mərhələdəki vəziyyətindən yazar Aysel Atəş Abdullazadə bəhs edib. Xocalıdan sonrakı Azərbaycan və dünya ölkələrinin Xocalı haqqındakı rəyləri mövzusunda isə Səbuhi Məmmədli danışıb.

Dərnəyin şagirdlər və müəllim heyəti üçün təşkil etdiyi kitab və foto sərgisində Xocalıya dair kitablar, foto və görüntülərin yazıldığı disklər yer alıb. Həmçinin liseyin kitabxanasına Xocalıya aid kitablar və digər materiallar hədiyyə verilib. Sonda Xocalıya aid slayd görüntülər təqdim olunub. Antalya Azərbaycan Mədəniyyət dərnəyi növbəti ildə 20 Yanvar və Xocalı ilə bağlı anım tədbirlərini Antalyada bir neçə məktəbdə və universitetlərdə keçirməyi nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23