Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb
27 fevral 2020 00:33 (UTC +04:00)

Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin görüşü başa çatıb

 

Ankarada Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı görüşü başa çatıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önal, rusiyalı həmkarı Sergey Verşinin və Rusiya Prezidentinin Suriya üzrə xüsusi təmsilçisi Sergey Lavrentyevin rəhbərliyi ilə keçirilən görüşdə İdlibdəki vəziyyət bir daha müzakirə edilib.

Türkiyə diplomatik mənbələrindən verilən məlumata görə, danışıqlar Türkiyə Xarici İşlər Nazirliyində baş tutub və sabah da yerli vaxtla saat 14:00-da davam edəcək.

Qeyd edək ki, bu, Türkiyə və Rusiya nümayəndə heyətlərinin İdliblə bağlı üçüncü görüşüdür. Bundan əvvəl heyətlərin Ankara və Moskvada iki tur görüşü olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1048
avatar

Oxşar yazılar