Amerikalı jurnalisti Türkiyədə qətlə yetirən 5 nəfər edam ediləcək
23 dekabr 2019 14:33 (UTC +04:00)

Amerikalı jurnalisti Türkiyədə qətlə yetirən 5 nəfər edam ediləcək

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən amerikalı jurnalist Camal Qaşıqçı ilə bağlı açılan cinayət işi üzrə 5 nəfərə edam cəzası verilib.

APA-nın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanında məhkəmə bu cinayət işi üzrə əlavə olaraq 3 nəfəri ümumilikdə 24 illik həbsə məhkum edib. Məhkəmə bu cinayətin təşkilində şübhəli bilinən Səudiyyə Ərəbistanı Kral Məhkəməsinin müşaviri Səud əl-Kahtaninin əməlində cinayət dəlilləri olmadığını bildirərək, onu azadlığa buraxıb.

Səudiyyə Ərəbistanı Prokurorluğu ölkənin İstanbuldakı keçmiş baş konsulu Məhəmməd əl-Uteybinini də ittiham etməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1475

Oxşar yazılar