Ağlagəlməz HADİSƏ: Bu evin əşyaları öz-özünə yanır - VİDEO
07 may 2020 19:44 (UTC +04:00)

Ağlagəlməz HADİSƏ: Bu evin əşyaları öz-özünə yanır - VİDEO

Türkiyənin Konya vilayətində bir evdə yaşanan macəralar görənləri heyrətə gətirir.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, ərindən boşanan və 23 yaşlı qızı Duha Aslantaşla birgə yaşayan 65 yaşlı Xədicə Aslanın yaşadığı evdəki əşyalar öz-özünə alışıb yanır. Yaşananları dilə gətirən Xədicə Aslan bunun səbəbini bilmədiklərini deyib.

Onun sözlərinə görə, yanan əşyaları özləri söndürüblər, yalnız bir dəfə yanğınsöndürmə xidmətinə müraciət ediblər. Yanan əşyaları isə atıblar:

“15-20 gündür ki, evimizdə əşyalar alışıb yanmağa başlayıb. Qəfildən yataq, pərdə, yorğanlar alışmağa başlayır. Qızımın üzərindəki əşyalar yanır. Biz evdə olanda yanğınlar başlayır. Nə edəcəyimizi bilmirik. Dövlətə səslənirəm, bizə bir çarə tapsınlar, bu evdə yatmağa qorxuruq. Onsuz da yatmağa çarpayımız, heç nəyimiz qalmayıb. Mən səhərə qədər yanğın olar deyə yatmıram. Qorxuruq, amma getməyə yerimiz yoxdur. Aldığım maaşla dolanmağa çalışırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6657

Oxşar yazılar

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

19 iyul 2025 , 03:16
Ankarada  leysan   fəsadlar törətdi

Ankarada leysan fəsadlar törətdi

18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü

18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının  şəklini göndərdi

Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi

18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu

Səhvən lotereya bileti aldı, 2 milyon uddu

18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI:  yalnız bir nəfərdə var

Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var

18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi

Suriya lideri Dəməşqi tərk etdi

18 iyul 2025 , 05:38
"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23