İtaliya polisinin üzə çıxardığı fakt dünya mediasının əsas müzakirə mövzusuna çevrilib.
Lent.az-ın “La Repubblica”ya istinadla xəbərinə görə, İtaliya polisi Romada narkotik vasitələrin istehsalı və satışı ilə məşğul olan ailəni həbs edib.
Məlum olub ki, narkotik vasitələri qablaşdırmaq ailənin 7 yaşlı qızına həvalə edilib. Bundan əlavə, qızcığaz satışla məşğul olan anasını müşayiət edir, satış vaxtı gözətçilik edirmiş. Onların gündəlik gəliri 2000 avrodan (4000 AZN) çox olub. Polis əməliyyat vaxtı uşağın anası və nənəsi də daxil olmaqla 6 nəfəri həbs edib.