67 yaşlı kişi müxalifət liderini bıçaqladı
02 yanvar 2024 16:34 (UTC +04:00)

67 yaşlı kişi müxalifət liderini bıçaqladı

Cənubi Koreya polisi ölkənin müxalifət lideri Li Jae-Myunqa hücum edənə qarşı ittiham irəli sürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bundan əlavə, polis cinayətkar haqqında təfərrüatları a açıqlayıb. Məlumata əsasən, sui-qəsd edən şəxsin 67 yaşı olub və cinayət zamanı 18 santimetrlik bıçaqdan istifadə edib.

Qeyd edək ki, Li Jae-Myunq yeni hava limanının tikinti sahəsini ziyarət etmək üçün Busan şəhərinə gəlib və mətbuat konfransına qatılıb. Bu zaman ona qarşı hücum edilib. O, hücumdan təxminən 20 dəqiqə sonra xəstəxanaya aparılıb. Bu gün onun əməliyyat olunacağı deyilir. Siyasətçinin boynunda xəsarətlər olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3588
avatar

Oxşar yazılar