İspaniyanın şimalında 67 hektar ərazidə marixuana plantasiyasının fotosu yayılıb.
Lent.az xəbər verir ki, Reuters agentliyinin yaydığı fotoda bitkilərin aqrotexniki yolla becərildiyi görünür.
Günəşli ərazidə yerləşən plantasiyada 415 000 kol var. Buradakı məhsulun ümumi dəyəri 60 milyon manatdan çoxdur. Tədarük edilən məhsul emal üçün İtaliya və İsveçrəyə göndərilir.
Plantasiyanın rəhbəri bildirir ki, əkin sırf sənaye məqsədi daşıyır və narkomaniya ilə heç bir əlaqəsi yoxdur.