600 yaşı olan protezli skelet   tapıldı
14 noyabr 2023 15:55 (UTC +04:00)

600 yaşı olan protezli skelet tapıldı

Almaniyada arxeoloqlar təxminən 600 il əvvələ aid olduğu güman edilən dəmir protez qolu olan bir skelet tapıblar.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssislər radiokarbon analizi apararaq, ölümünün 1450-1620-ci illər arasında baş verdiyi ehtimal edilən kişinin yaşını 30-50 yaş arasında təyin ediblər.

Dəmirdən hazırlanan protez onun sol əlinin dörd çatışmayan barmağının əvəzidir. Bu arxeoloji tapıntı hətta təcrübəli mütəxəssisləri də təəccübləndirib.

Arxeoloqlar şəhadət, orta, üzük və kiçik barmaqların ayrı-ayrılıqda sac metaldan düzəldildiyini və statik vəziyyətdə sabitləndiyini müəyyənləşdiriblər.

Bir-birinə paralel olan protez barmaqlar, ehtimal ki, əlin kötüyünə yapışdırılıb.

Maraqlıdır ki, protezin içərisində cunaya bənzəyən material tapılıb. Ehtimal ki, sahibi tərəfindən protezlə daha rahat qarşılıqlı əlaqəni təmin etmək üçün istifadə olunub. Amputasiya şəraiti və protezdən istifadə üsulları ilə bağlı suallar sonrakı araşdırmaların mövzusu olaraq qalır.

Kəşf əvvəllər orta əsrlərin sonlarından erkən müasir dövrə (1300-1800) qədər Mərkəzi Avropada tapılmış 50-dən çox oxşar protezdən ibarət kolleksiyanın bir hissəsi idi.

Vurğulanır ki, arxeoloqlar nəinki amputasiya və protezləşdirmə faktlarını qeydə alır, həm də bu texnologiyaların o dövrün insanlarının gündəlik həyatına necə təsir etdiyini anlamağa çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3633
avatar

Oxşar yazılar