07:11 5 may 2021

6 yaşlı “sürücü” anasını öldürdü - QƏBİRİSTANLIQDA AİLƏ FACİƏSİ

Rusiyanın Kursk bölgəsində ailə faciəsi yaşanıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Şiqrı şəhərindəki qəbiristanlıqda baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 1994-cü il təvəllüdlü ana “VAZ 21074” markalı şəxsi avtomobili ilə qəbiristanlığa yaxınlarını ziyarətə gəlib.

Ananın gözündən yayınan 2015-ci il təvəllüdlü uşağı sükanı arxasına əyləşərək maşını işə salır. Anası avtomobilin arxada dayanan "Nissan Murano"ya çırpılacağını görüb onu saxlamağa çalışıb, lakin bacarmayıb.

İki avtomobil arasında sıxılaraq qalan ana faciəli şəkildə dünyasını dəyişir.  

# 1056
avatar

Oxşar yazılar