51 yaşlı qadın xərçəngdən sağaldı – 1 il ömrü qalmışdı
06 iyul 2022 02:31 (UTC +04:00)

51 yaşlı qadın xərçəngdən sağaldı – 1 il ömrü qalmışdı

Britaniyada baş verən hadisə tibb dünyasının diqqət mərkəzindədir. 

Lent.az xəbər verir ki, Jasmin David adlı qadın 2017-ci ildə narahatlaşaraq xəstəxanaya getdikdə həkimlərin diaqnozu çox sərt olur: süd vəzi xərçəngi bütün döş qəfəsinə yayılıb, metastaz verib. Pasientin uzağı 1 il ömrü qalıb.

Lakin qadın israrla kimya və şüa terapiyası qəbul edərək ömrünü uzatmağa çalışır. İşin tərsliyindən 2019-cu ilin payızında yıxılaraq ağır xəsarət alır. 

Rentgen müayinəsi zamanı bədəndə çox sayda əzilmə olduğu üzə çıxır. Dərd üstünə dərd gəlmişdi. 

Həkimlər qadına  Mançester xəstəxanasında keçirilən tibbi sınaqda iştirakı təklif edirlər. Qadın razılaşır.

Beləliklə, qadının venasına 3 həftədə 1 dəfə immunoterapiya üçün xüsusi dərman yeridilir. 2021-ci ilin iyulunda təkrar müayinə həkimləri şoka salır: qadının orqanizmində xərçəngdən əsər-əlamət qalmamışdı.

Bu günlərdə başına gəlnləri ictimailəşdirən 51 yaşlı qadın bildirib ki, ona ikinci ömür verilib. Pis günlər arxada qalsa da, xoş olmayan bir iş var: immun terapiyası 2023-cü ilədək davam edəcək. bu terapiya zamanı şiddətli bağ ağrısı və temperatur olur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2066

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03