5 aylıq qızını binanın damından  atdı
29 fevral 2024 17:39 (UTC +04:00)

5 aylıq qızını binanın damından atdı

Yamaykada 27 yaşlı qadın 5 aylıq körpəsini öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qadın əri ilə mübahisə zamanı əsəbiləşərək, körpəsi ilə birgə evdən çıxıb.

Qadın binanın üçüncü mərtəbəsinə çıxıb və Destin adlı qızını beton döşəməyə atıb. Bu dəhşətli hadisədən sonra körpə dərhal xəstəxanaya yerləşdirilsə də, həkimlərin bütün səylərinə baxmayaraq, o, dünyasını dəyişib.

Hadisə ictimaiyyətin kəskin qınağına və hiddətinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3981
avatar

Oxşar yazılar