Rusiyanın Arxangelsk vilayətinin Plesetsk kəndində evdə baş verən yanğın zamanı ailənin 5 üzvü ölüb.
Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi xəbər yayıb.
Yanğın söndürüldükdən sonra evdə 37 yaşlı qadın və onun 4 azyaşlı uşağının meyitləri aşkarlanıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.