Braziliyanın Bahia və qonşu Minas-Jerais ştatlarında güclü leysan yağışları nəticəsində 7 nəfər ölüb, 175 nəfər yaralanıb.
Lent.az xəbər verir ki, bu barədə UOL portalı xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Həftənin ortalarından etibarən sözügedən ştatlarda meydana gələn ekstratropik siklon nəticəsində regionda yağıntının səviyyəsi 450 mm-ə çatıb.
Bahia ştatının 25 bələdiyyəsində fövqəladə vəziyyət elan edilib, onlardan bəzilərində son 35 ilin ən güclü daşqınları baş verib.
Bir neçə körpü, iki çay bəndi dağılıb, üç magistral yolda hərəkət bağlanıb.
Xilasedicilərin məlumatına görə, 5,7 minə yaxın insan evsiz qalıb, daha 6,7 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Təbii fəlakət bölgənin 85 mindən çox sakininə zərər vurub.