28 yaşlı arvadına 104 bıçaq zərbəsi vurdu: ölməyini gözlədi -  FOTO
21 oktyabr 2021 19:08 (UTC +04:00)

28 yaşlı arvadına 104 bıçaq zərbəsi vurdu: ölməyini gözlədi - FOTO

Türkiyədə ər arvadına 104 bıçaq zərbəsi vurub.

Lent.az-ın məlumatına görə, hadisə İzmirdə qeydə alınıb. 25 yaşlı Feyzi Duran 28 yaşlı dini nikahlı arvadı Aysel Perkgünə 104 bıçaq vurub. Zərbələr zərərçəkmişin bədəninin müxtəlif yerlərinə dəyib. Onlardan 8-i ağır olub. Hadisədən sonra ər arvadının ölməyini görmək üçün onun başının üstündə gözləyib.

A. Perkgünün səsini eşidən qonşuları dərhal polisə məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları F. Duranı tutublar. A. Perkgün isə təcili yardımla xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Məhkəmə prosesində hadisəni törədən F. Durana ittihamçı 20 il həbs cəzası tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2982
avatar

Mehman Nəbiyev

Oxşar yazılar