250-dən çox milyarderdən MÜRACİƏT: "Vergilərimizi artırın"
18 yanvar 2024 12:54 (UTC +04:00)

250-dən çox milyarderdən MÜRACİƏT: "Vergilərimizi artırın"

250-dən çox milyarder və milyonçu siyasətçilərdən vergiləri artırmağı xahiş edib. Onlar ölkə liderlərinin Davos görüşü üçün müvafiq məktub yazıblar. Məktubu britaniyalı aktyorlar Brayan Koks və Simon Pegg imzalayıblar.

Lent.az xəbər verir ki, “Daily Star”ın yazdığına görə, onlar bütün dünyada daha yaxşı ictimai xidmətlərin ödənilməsinə kömək edəcək sərvət vergisinin tətbiqini təklif ediblər.

“Biz ikinci Qızıl Dövrdə yaşayırıq. Milyarderlər nəhəng sərvətlərini siyasi güc və nüfuz toplamaq üçün istifadə edir, eyni zamanda demokratiya və qlobal iqtisadiyyata xələl gətirirlər” deyən 77 yaşlı Brayan Koks əlavə edib ki, seçilmiş məmurlar zənginlərin pul yığmasına qarşı mübarizədən imtina etsələr, “nəticələr ağır olacaq”.

Disneyin varisi Abigail Disney bildirib ki, təklif olunan vergi cəmiyyətin ən varlı adamlarının həyat səviyyəsini əsaslı şəkildə dəyişməyəcək, lakin şəxsi sərvəti ortaq demokratik gələcəyə çevirəcək.

Nəşr bildirir ki, milyarderlər və milyonerlər arasında aparılan sorğu onların 74%-nin böhrandan çıxmaq və dövlət xidmətlərinin keyfiyyətini artırmaq üçün yeni verginin tətbiqini dəstəklədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Oxşar yazılar