20-yə yaxın deputat Ukraynadan qaçdı – CƏZALANDIRILACAQLAR
15 mart 2022 13:59 (UTC +04:00)

20-yə yaxın deputat Ukraynadan qaçdı – CƏZALANDIRILACAQLAR

“Ali Radanın 20-yə yaxın deputatı hazırda xaricdədir. Eyni zamanda, 9 deputat Avropa Şurasında ezamiyyətdədir”.

Lent.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ali Rada sədrinin birinci müavini Aleksandr Kornienko telemarafonda bildirib.

 O, ölkəni tərk edən deputatlarla bağlı müxtəlif rəqəmlərin olduğunu deyib:

“İndi dəqiqləşdirməyəcəyəm. 20-yə yaxın deputatı Ukraynada yoxdur. Yaxın vaxtlarda məlum əməkdaşlıq fəaliyyəti haqqında qanun qüvvəyə minən kimi Ukrayna Təhlükəsizlik Xidməti satqın deputatlarla da məşğul ola biləcək”.

Qeyd edək ki, martın 3-də Ali Rada əməkdaşlıq fəaliyyətində iştirak edən şəxslərin məsuliyyətinə dəyişiklik edilməsi haqqında qanun qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2273

Oxşar yazılar