Fransada 2004-cü ildə törədilən qətlin üstü açılıb.
Lent.az-ın xəbərinə görə, 11 yaşlı uşağın öldürülməsi o zaman bütün Avropada narahatlıq doğurmuşdu.
Həmin dövrdə cinayətkarın tapılması üçün beynəlxalq axtarış elan edilmişdi. Bu gün artıq qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, qətli hazırda həbsxanada olan Almaniya vətəndaşı törədib. O, bu yaxınlarda dustaq yoldaşlarından birinə məsələni etiraf etdikdən sonra hər 2 ölkənin güc strukturları faktı yoxlayaraq təsdiqləyib.