Moskva polklinikalarının birinə müraciət edən 14 yaşlı Alina.V adlı qızın hamilə olduğu üzə çıxıb.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, müayinə zamanı məlum olub ki, Alinanın hamiləliyi artıq 17-ci həftəliyindədir.
Həkimlər söhbət zamanı Alinanın açıqladığı başqa bir faktdan şoka düşüblər. Sən demə, onun 6 ay qabaq Sergey adlı bir oğlu da dünyaya gəlib.
Dərhal xəstəxanaya polis çağırıblar. Polis əməkdaşları ilkin araşdırma zamanı Alina ilə cinsi əlaqəyə girən şəxsin 26 yaşlı Nikita.S adlı şəxs olduğunu müəyyənləşdiriblər.
Hazırda baş verən hadisə Moskva şəhər prokurorluğunun və istintaq komitəsinin nəzarətindədir.