Nigeriyada üç ay əvvəl silahlılar tərəfindən qaçırılan məktəblilər azad edilib.
Lent.az xəbər verir ki, bu barədə CNN-ə hökumət rəsmisi açıqlamasında deyib.
Bildirilib ki, artıq şagirdlər ailələrinə təhvil verilib.
Məktəb direktoru Abubakar Alhassanın sözlərinə görə, şagirdlər onları qaçıran silahlı motosikletçilərin tələbləri yerinə yetirildikdən sonra azad buraxılıblar.
Buna görə valideynlər 140 min dollar (70 milyon naira) ödəməli olublar.
Sözügedən vəsaitin toplanılmasında jurnalistlərin də köməyi olub. Medianın müraciətindən sonra müxtəlif sektorlardan, dini təşkilatlardan tələb edilən pulun toplanılmasına yardım edilib.